Metro stansiyalarında, eskalatorlarda səsləndirilən elanlarla bağlı nə düşünürsünüz?
Mən şəxsən heç nə düşünmürəm, ancaq qeyri-professionallığa, səviyyəsizliyə lənət yağdırıram. Çünki insanı ancaq qorxu, təhlükə və neqativə kökləyir, düşüncələrindən, dinlədiyi audiodan, musiqidən ayırır...
Yaxşı ki, pandemiyaya aid qorxu yaradan, cərimə olunacaqsınız deyilən elanlar yığışdırıldı, amma bəlkə də 10 ildən artıqdır dəyişməyən [...şübhəli şəxs gördükdə polisə və ya metro işçilərinə xəbər edin] 30-40-cı illərin ruhunda tərtib edilmiş elanlar isə dəqiqəbaşı səsləndirilib, hər gün 100 minlərlə sərnişinin beynini xarab edir.
Diqqət edin, toylarda musiqinin arası kəsilməyən kimi bunların da arası kəsilmir, azərbaycanca bitən kimi ingiliscəyə keçir, sanki Bakıya gəlmiş turistlər də metroda "şübhəli şəxs" axtarmağa məcburdur.