Azərbaycanda çayçıda dava düşüb. Çinli bir oğlanı döyüblər. Polis şöbədə çinlidən soruşub ki, səni hansı döydü.

 

Deyib: “Nə bilim. Hamısı bir-birinə oxşayır”. Biz, çinliləri bir-birindən ayıra bilmədiyimiz kimi onlar da bizi ayırd edə bilmirlər. Neyropsixoloqlar buna “cross-race effect”, “selective emphaty” və ya “selective bias” deyib araşdırmalar edirlər, biz “taylı tayını tapar” - deyib ümumiləşdirək. Bu fenomen əslində bir çox şeyi açıqlayır, diqqətli baxılarsa.

 

İnsan oxşamaq istədiyi insanların ətrafında olur, özü kimilərlə yaxın dayanır, özü ilə ortaq perspektivi olanları anlayır.

 

Yəni: İnsan = Dostları + Oxuduqları + Gördükləri + 1

 

Babek Nagiyev