Taxıllarla doldurulmuş bankanın başına bir siçan qoyulur. Siçan, ətrafında bu qədər çox yemək tapdığına çox xoşbəxt olur, çünki artıq onun ətrafı gəzib yemək axtarmağa ehtiyacı qalmamışdı. İndi o, həyatını xoşbəxt yaşaya bilərdi. Bir neçə gün taxıldan ləzzət alandan sonra küpün dibinə çatdı. Birdən anladı ki, tələyə düşüb və çıxa bilmir. İndi artlq o, sağ qalması üçün bankaya taxıl qoyacaq kimsədən tam asılı vəiyyətə düşmüşdür və onun verdiyini yeməkdən başqa çarəsi yoxdur. Bu hekayədən çıxan bir neçə dərs:
1. Qısa müddətli həzzlər uzunmüddətli tələlərə səbəb ola bilər.
2. Əgər işlər asanlaşarsa və siz rahatlaşırsınızsa, onda siz asılılığa qapılırsınız.
3. Bacarıqlarınızdan istifadə etmədiyiniz zaman bacarıqlarınızdan çoxunu itirəcəksiniz. Seçiminizi və azadlığı nızı itirmiş olacaqsınız.
4. Azadlıq asan gəlmir, lakin tez itirilə bilər.
5. Həyatda heç bir şey asanlıqla gəlmir və asanlıqla gəlirsə, bəlkə də buna dəyməz. Mübarizələrinizi lənətləməyin. Onlar maskalanmış nemətlərdir.