Amerika xəstəxanalarında iş tapa bilməyən yəhudi bir həkim özəl klinika açmaq qərarına gəlir. Klinikanın girişində belə bir reklam yerləşdirir :"20 dollara müalicə alın, əgər xəstəlik getməzsə, sizə 100 dollar qaytaracağıq". Amerikalı bir vəkil hesab edir ki,100 dollar qazanmaq üçün gözəl şans yaranıb və klinikaya gəlir.


 Vəkil: - Həkim, ağzımın təamı tamam itib,heç bir dad,ləzzət hiss etmirəm.


 Həkim: -Orada 22 nömrəli korobkadakı dərmanı gətirin və pasiyentin ağzına 3 damcı tökün- deyə o tibb bacısına müraciət edir. Tibb bacısı göstərişi yerinə yetirir.  

 Vəkil: -Tfu, bu ki,kerosindir!


 Həkim: - Təbrik edirəm! Ağzınızın dad və ləzzət hissi qayıtdı. Sizdən 20 dollar. Hüquqşünas vəkil pulu ödəyir. 100 dolları geri almaq ümidi ilə bir neçə gündən sonra yenidən qayıdır.
-Hafizəmi itirmişəm. Heç nə xatırlaya bilmirəm-deyə bu dəfə vəkil yaddaşından şikayətlənir. Həkim yenə tibb bacısına:

-22 nömrəli korobkadakı dərmanı gətirin və pasiyentin ağzına 3 damcı tökün.

 

Vəkil narazı halda:

-Bu axı kerosindir.Mən bura keçən dəfə gələndə,siz bunu mənə vermişdiniz.

 

Həkim: -Təbrik edirəm! Sizin hafizəniz geri qayıtdı. Sizdən 20 dollar. Dəli olmaq həddinə çatmış vəkil 20 dollar ödəməyə məcbur olur. Bir həftədən sonra 100 dolları almaq ümidi ilə yenidən həkimin yanına gəlir.

 

Vəkil: -Görmə qabiliyyətim pozulub. Praktik olaraq demək olar ki,heç nə görmürəm. Bu dəfə həkim 20 dolları stolun üstünə qoyaraq deyir:

-Təəssüf ki,bizdə belə xəstəliyə qarşı heç bir dərman yoxdur.Ona görə 100 dolları götürün. Bu sizindir. Vəkil banknota baxaraq:

-Bu ki, 20 dollardır, 100 dollar deyil.
-Təbrik edirəm! Görmə qabilliyyətiniz yerinə qayıtdı. Sizdən 20 dollar...

 Bir az təbəssüm edək ☺️

 

Alvin Askerov