Taksi sürücülərinin kartla ödəyən müştəridən imtina etməsinin əsl səbəbini araşdırmaq üçün 5 Niyə metodundan istifadə edək:

  1. Niyə sürücülər nağdsız ödəniş qəbul etmək istəmir? Çünki həmin pul onlayn balansına oturur və onu çıxarda bilmirlər.    

 

 2. Niyə çıxarda bilmirlər? Çünki çıxartmaq üçün VÖEN açıb müqavilə bağlamaq lazımdır.  

 
  3. Niyə VÖEN açmırlar, halbuki çox sadə prosedurdur? Çünki VÖEN açsan onun elə aylıq 75 manat sabit ödənişi, bir də 20% gəlir vergisi var (75% güzəşt olsa da müvəqqətidir).

 
  4. Niyə vergini ödəyib sivil bir sahibkar kimi işləmək istəmir? Çünki nə dövlətə, nə də banklara etibar etmir.


    5. Niyə dövlətə etibar etmir? Çünki dövlət özü ona etibar etmir, ona oğru kimi baxır. Məsələnin kökündə dövlətin vətəndaşa etibar etməməsi durursa məsələnin yeganə həlli yolu bu etibarı yaratmaqdır. Bunun üçün də 17 il öncə qəbul olunan "Gəlir deklarasiyası haqqında" qanun işə düşməlidir. Kim nə qazanır özü bəyan etsin, canımız da kartla ödəniş qəbul etməyən taksi sürücülərimizdən qurtarsın.

 

 

Rashad Nazarli