Biyabırçılıqdır! Rəzillikdir! Rüsvayçılıqdır!
Mən Azərbaycandan kənarda yalan olmasın 10 + ölkədə Boltdan istifadə etmişəm. Sürücü sakit bir vəziyyətdə sükanda avtomobili idarə edər, salonda hər hansı musiqi yox və ya sakit tərzdə musiqi, ödənişini kartla qəbul edər və gülərüz formada sağollaşar, özüdə əntiqə avtomobillərlə. Mən bircə özümüzünkülərdən xeyir görmədim. İstər inanın, istər inanmayın, bu cəmiyyətin yaradılışı budur. Yəni xeyri yoxdu. Bu adamların heç birinin xidmət potensialı, müəyyən bir etik təcrübəsi yoxdur. Bazar adamlarıdır çoxsu. Mənim razı qaldığım tək-tük sürücülər olub ki, çox samballı adamlar olublar. Bu insanlar özlərini maşında ev yiyəsi kimi hesab edir. Eləbil hər an nəsə desən qovacaqlar adamı.
Hansı işə götürdüyünüz sürücünüzdən və avtomobildən şikayət edim sizə? Hansı birini tanıyırsız? Hansı bir treyninq keçirsiz onlara müştəri məmnuniyyəti, ünsiyyəti olaraq?
Mən artıq neçə müddətdir reytinq cədvəlində 1 ulduz verməklə yanaşı, rəylərimidə yazıram amma mən bir irəliləyiş görmürəm.
- biri gedəcəyim yeri soruşar, kefinə görədi axı;
- biri gediş haqqın soruşur, kişinin oğlu obyektləri var onların yanından ayrıla bilmir;
- biri telefonumu əlinə alıb, proqramda nəsə göstərmək adı ilə özünə 5 ulduz verər. Sən kimsən axı? Bəlkə mən səndən razı qalmamışam, bəlkə iradım var.
- biri proqramda yazılan maşının əvəzinə tör-töküntü bir "maşınla" müştəriyə "xidmət" göstərər;
- biri yolda boş-boş danışar, ay obyektim var idi iflas elədim, ay nəbilim ayıma 5000 dollar qazanırdım, taksiyə bekarçılıqdan çıxmışam, nəslin-nəcabətin hesabatın verər, səviyyəsiz mahnılar oxudar, özüdə yüksək tempdə;
- biri ödənişi bəyənmədiyi üçün Boltu vulqarizmlə təhqir edər;
- biri gətirdiyi yeri bəyənməz, bura mən maşınımla girmirəm, 2 aylıqdı təkəri toz olar;
Bu nə deməkdir? Siz ümumiyyətlə işə götürdüyünüz adamları tanıyırsız? Maşınları görürsüz? Bu nə rəzil, iyrənc idarəçilikdir. Bu haqda #BOLT-un #Tallindəki ofisinə baş qərargahına yazmışam. Hər gün o şikayət məktubunu ünvanlayıram. Ümid edirəm nəticə olacaq, olmasa belə Tallinə gedib yazılı şikayət edəcəm.
Müəllif: Royal Aliyev