İngilis dilini filmlərə baxaraq öyrənmək yoxlanılmış ən effektiv üsullardandır. Əgər bu üsul sizin də ürəyinizcədirsə, bu yığma sizin üçündür:

 

Qısametrajlı filmlər: Film English

 

Qısametrajlı filmlər + hər bilik səviyyəsinə uyğun dərs cədvəllərini burada tapa bilərsiniz. Hər filminin açıqlamasında onun hansı səviyyə üçün nəzərdə tutulduğu və hansı mövzuları əhatə etdiyi də da qeyd olunur.

 

Filmlərdən epizodlar Film Education

 

Burada yüzlərlə filmin epizodlarına baxa, verilmiş tapşırıqları yerinə yetirə və filmlər haqqında məqalələr oxuya bilərsiniz.

 

Filmlər haqqında məqalələr: LearnEnglish Teens Entertainment

Filmlərlə bağlı maraqlı məqalələr və The British Council-dan resenziyalar burada.

 

Filmlərdən epizodlar və qrammatika: Movie Segments to Assess Grammar Goals

Olduqca maraqlı bu saytda filmlərdən epizodlara subtitrla baxa və eyni zamanda qrammatikanızı inkişaf etdirə bilərsiniz.

 

Bildirchin.az

 

Yazar:Püstə