Hindistan yüksək mədəniyyət və zəngin ənənələrdən ibarət bir ölkədir. Bir çox dünya filosoflarının Vətəni müdrik kəlamları ilə seçilir:
İnsanı tanımaq istəyirsən? Onu incit. İnsan kasa kimidir. Nə ilə doludursa, onunla da daşmağa başlayar.
Dahi zəkalar fikirləri müzakirə edir. Orta zəkalar – hadisələri. Cılızlar isə insanalrı.
Uşaq sənin evində qonaqdır. Bəslə, tərbiyə ver, azad et.
Qadınlar doğuşdan alimdir. Kişilər isə kitab oxuyur.
Özünə qalib gəlmək, başqalarına məğlub olmağa qarşı ən güclü vasitədir.
Müdriksənsə, varlılarla, rəhbərlərla, uşaqlarla, qocalarla, qadınlarla, axmaqlarla, müəllimlərlə və müdriklərlə mübahisə etmə.
Özünü idarə etmək üçün başını işə sal. Başqaları ilə ünsiyyət qurarkən isə ürəyindən istifadə et.
Qadın parlayırsa, bütün ev parlayır. Qadının qanı qaradırsa, bütün evi zülmət bürüyür
Özgəsinə məsləhət verərkən, hər kəs alimdir. Məsləhətləri tətbiq etməyə gəldikdə isə, müdrik belə axmaqdır.
Quşun səmada, balığın isə suda izi qalmır. Xeyirxahların yolu belədir.
İnsanın bəzəyi müdriklikdir. Müdrikliyin bəzəyi sakitlikdir. Sakitliyin bəzəyi hünərdir. Hünərin bəzəyi isə yumşaqlıq.
Ağıllı insan özü qiymətləndirir. Axmaq isə şayiələrə inanır.
İnciklikləri qumun üzərində yazın. Yaxşılıqları isə mərmərin üzərində cızın.
Pilləkənləri qalxmaqda çətin olan, pilləkənin önündə duran kütləninin arasından irəli keçə bilməkdir.
Həyatımızın uzunluğunu dəyişə bilmərik, ancaq onun dərinliyini və enini artırmaq üçün edə biləcəklərimiz var.